bazar ertəsi, 18 avqust 2025

DÜNYA FUTBOLU

Mbappe ən çox qol vuranların sırasında

21.11.2020 15:16 Oxundu 424

PSJ-nin futbolçusu Kilian Mbappe klub tarixində ən çox qol vuran 5 futbolçu sırasında yer alıb.

“CEMPİON.AZ” Fransa mətbuatına istinadən xəbər verir ki, 21 yaşlı hücumçu Liqa-1-in 11-ci turunda "Monako"ya qarşı matçda (2:3) dubl edərək buna nail olub. Paris təmsilçisində vurduğu qolların sayını 99-a çatdıran fransalı oyunçu klub tarixində ən çox fərqlənən 5-ci futbolçu olub.