bazar ertəsi, 18 avqust 2025

DÜNYA FUTBOLU

“Əlbəttə, o satılmır” - Zidan

21.11.2020 15:54 Oxundu 462
 
İspaniyanın “Real” klubunun futbolçusu Rafael Varan Madrid təmsilçisini tərk etməyəcək.

“CEMPİON.AZ” xəbər verir ki, bunu La Liqa klubunun baş məşqçisi Zinəddin Zidan açıqlayıb.

Fransalı mütəxəssis həmyerlisinin komandadan ayrılacağı ilə bağlı xəbərlərə son nöqtəni qoyub: “Varanı klubda saxlamaq istəyən tək mən deyiləm. O, bizim böyük ailənin bir parçasıdır. Əla karyeraya malik futbolçu bura gələndən sonra bir çox uğurlara imza atıb. Əlbəttə, o satılmır. Bu, həm klubun, həm də mənim mövqeyimdir. Amma biz insanları söz-söhbətini dayandıra bilmərik. Onlar təkcə Varan deyil, “Real”ın bütün oyunçuları barədə şayiələr yayır”.