bazar ertəsi, 18 avqust 2025

DÜNYA FUTBOLU

“Latsio”nun oyunu təxirə salındı – Hava şəraiti ilə əlaqədar

21.11.2020 15:42 Oxundu 415

 İtaliya A seriyasının “Krotone” – “Latsio” matçının keçirilməsi sual altına düşüb.

“CEMPİON.AZ” xəbər verir ki, qarşılaşmanın təxirə salınmaq ehtimalına koronavirus pandemiyası deyil, əlverişsiz hava şəraiti səbəb olub.

Kalabriyada dünən gecədən başlayan leysan şəhərin küçələrində sel axması ilə nəticələnib. Oyun gününə də leysan, üstəlik sürəti 40 km/s artıq olan külək proqnozlaşdırılır.

Qeyd edək ki, bu gün keçirilməli olan görüşün startı Bakı vaxtı ilə saat 18:00-da nəzərdə tutulub.