bazar ertəsi, 18 avqust 2025

DÜNYA FUTBOLU

Poqba müqavilənin vaxtını artırmayacaq

21.11.2020 20:37 Oxundu 407

Fransa millisinin və İngiltərə “Mançester Yunayted”inin futbolçusu Pol Poqba gələcək karyerası ilə bağlı qərarını verib.

“CEMPİON.AZ” xəbr verir ki, 27 yaşlı yarımmüdafiəçi 2022-ci ilin yayında başa çatacaq müqaviləsini uzatmayacaq.
Poqba yeni kluba azad agent kimi keçməyə üstünlük verir. O, bu statusla seçim imkanının daha böyük olduğunu və müqavilə üçün daha sərfəli şərtlərin təklif ediləcəyini düşünür.

Qeyd edək ki, Poqba 2016-cı ildən “Mançester Yunayted”in formasını geyinir.