21.11.2020 21:48
426


İtaliyanın “İnter” klubu Arkadiuş Milikin transferi ilə bağlı danışıqlara start verib.
“CEMPİON.AZ” xəbər verir ki, Milan təmsilçisi “Napoli”nin polşalı hücumçusunu yanvarda heyətinə qatmağı planlaşdırır.
Milikin Neapol klubunun planlarına uyğun gəlmədiyindən komandasını dəyişəcəyi gözlənilir. Baxmayaraq ki, danışıqların ilkin mərhələsi müsbət nəticələnməyib.
“İnter” hücum xəttinə daha bir forvard da almaq fikrindədir. Bu, İngiltərə “Çelsi”sinin üzvü Olivye Jirudur.