şənbə, 28 noyabr 2020

DÜNYA FUTBOLU

“Çelsi” ilk pilləyə yüksəldi

21.11.2020 22:45 Oxundu 173

“Çelsi” Premyer Liqada növbəti oyununa çıxıb.

“CEMPİON.AZ” xəbər verir ki, “zadəganlar” 9-cu turda səfərdə  “Nyukasl”la qarşılaşıb. Matç London təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə hesabı 10-cu dəqiqədə ev sahiblərinin oyunçusu Federiko Fernando açıb. O, öz qapısına qol vurub. Tommi Abraham isə 65-ci dəqiqədə yekun hesabı müəyyənləşdirib- 2:0.

Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 18-ə çatdıran “Çelsi” liderliyə yüksəlib. “Lester” eyni xalla 2-ci, “Tottenhem” 17 xalla 3-cüdür. “Nyukasl” isə 11 xalla 13-cü pillədə qərarlaşıb.