cümə, 29 mart 2024

BİZİM FUTBOL

Nazarova qol vurmaq üçün 2 dəqiqə kifayyət etdi

22.11.2020 19:01 Oxundu 391


Almaniya Bundesliqa II-də VIII tur davam edir.

“CEMPİON.AZ” xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun formasını geyindiyi “Aue” günün ilk oyununda meydana çıxıb.
Adıçəkilən komanda eyni xala malik olan turnir cədvəlindəki qonşusu “Darmştadt”ı qəbul edib. Görüş ev sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb. Matça ehtiyatdan başlayan Nazarov 90+1-ci dəqiqədə meydana daxil olub və cəmi 2 dəqiqə sonra qapıçı ilə təkbətək vəziyyətdə onu da aldadaraq qarşılaşmada son nöqtəni qoyub - 3:0.

Qeyd edək ki, xallarının sayını 12-yə çatdıran “Aue” turnir cədvəlində 7-ci pilləyə yüksəlib.