cümə axşamı, 26 mart 2026

BİZİM FUTBOL

“Zirə”nin futbolçusu Şəhid qardaşının adı yazılan forma ilə oynayacaq

23.11.2020 09:56 Oxundu 544

 "Zirə" klubunun əsas heyətinə cəlb olunan Tamerlan Burcəliyev bir müddət öncə Vətən müharibəsində şəhid olan qardaşı İlqarın da adını formasında daşıyacaq.

“CEMPİON.AZ” xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov öz Feysbuk səhifəsində yazıb.

O, “Zirə”nin bu təklifi ilə dərhal razılaşdıqlarını bildirib.