23.11.2020 11:06
429


"Liverpul" İngiltərə Premyer Liqasında növbəti oyuna çıxıb.
“CEMPİON.AZ” xəbər verir ki, Yurgen Kloppun komandası 9-cu turda doğma meydanda "Lester"lə qarşılaşıb. Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
"Liverpul" - "Lester" - 3:0
Qollar: Evans, 21-avtoqol, Jota, 41, Firmino, 86
Bu nəticədən sonra "Liverpul" 20 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Eyni xala malik "Tottenhem" 1-ci, "Çelsi" 18 xalla 3-cüdür.