bazar ertəsi, 18 avqust 2025

BİZİM FUTBOL

“Qəbələ”nin futbolçusu ÇFR (Kluj)-da

23.11.2020 13:10 Oxundu 578


Bu yay "Qəbələ"dən ayrılan İvitsa Juniçin yeni komandası bəlli olub.

“CEMPİON.AZ” xəbər verir ki, 32 yaşlı müdafiəçi Rumıniyanın ÇFR (Kluj) klubuna keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Xorvatiyalı oyunçunun sözləşməsinin müddəti açıqlanmayıb.

Qeyd edək ki, İvitsa Juniç "Qəbələ"də 2019/2020 mövsümündə oynayıb.