bazar ertəsi, 18 avqust 2025

BİZİM FUTBOL

“Neftçi”dən rekord

23.11.2020 13:25 Oxundu 507

“Neftçi” mövsümdə ilk böyükhesablı qələbəsini qazanıb.

“CEMPİON.AZ” xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının X turunun “Qəbələ” ilə matçına təsadüf edib.

Səfər görüşünədək bütün qələbələri bir top fərqi ilə (iki dəfə 1:0, iki dəfə 2:1) olan “ağ-qaralar” 4:1 hesabına sevinib. Bununla da “Neftçi”nin böyükhesablı qələbə qazandığı mövsümlərin sayı 28-ə çatıb. Yalnız 2015/16 mövsümündə belə nəticəsi olmayan paytaxt təmsilçisi bu göstəricidə mütləq rekordçudur.

Qeyd edək ki, ümumilikdə 128-ci dəfə üç və ya daha çox top fərqi ilə qalib gələn “Neftçi” bu göstəricidə də rekorda sahibdir.