bazar ertəsi, 18 avqust 2025

BİZİM FUTBOL

“Qarabağ” son matçını bu stadionda keçirəcək

23.11.2020 16:15 Oxundu 481

 Avropa Liqasının V turunda keçiriləcək “Qarabağ” – “Makkabi” (İsrail) matçının yeri müəyyənləşib.

“CEMPİON.AZ” xəbər verir ki, Azərbaycan çempionunun bu oyunu da Türkiyədə baş tutacaq.

UEFA dekabrın 3-dəki görüşün İstanbulda keçirilməsini qərara alıb. Qrupda “Vilyarreal”ı (İspaniya) “Başakşəhər Fatih Terim” stadionunda qəbul edən, həmçinin “Sivasspor”la (Türkiyə) eyni arenada oynayacaq  Qurban
Qurbanovun yetirmələri Təl-Əviv təmsilçisi ilə də bu arenada üz-üzə gələcək.

Qeyd edək ki, dekabrın 3-də keçiriləcək “Qarabağ” – “Makkabi” oyunu Bakı vaxtı ilə 21:55-də başlayacaq.