çərşənbə axşamı, 24 iyun 2025

BİZİM FUTBOL

Azərbaycanda ən çox hansı ölkədən olan əcnəbilər oynayır

23.11.2020 16:44 Oxundu 564

 Futbol üzrə Azərbaycan Premyer Liqasında ən çox Braziliyadan olan əcnəbi oyunçular çıxış edir.

“CEMPİON.AZ” xəbər verir ki, Beynəlxalq İdman Araşdırmalar Mərkəzinin hesabatında ölkə çempionatında 9 "sambaçı"nın forma geyindiyi bildirilir.

Sonrakı iki pilləni Rusiya və Serbiya hərəyə 7 legionerlə bölüşdürür. Qonşu ölkənin idmançıları əsasən, milliləşdirildikdən sonra Azərbaycanda çıxış edirlər.
4-cü yerdə isə 5 təmsilçi ilə Fransa qərarlaşıb.

Xorvatiya, Ukrayna və İrandan hərəyə 3, Belçika, Albaniya, Gürcüstandan hərəyə 2 oyunçu karyerasını Premyer Liqada davam etdirir.

Qeyd edək ki, siyahı doğulduqları ölkələrdən kənarda çıxış edən legionerləri əhatə edir.