bazar ertəsi, 18 avqust 2025

BİZİM FUTBOL

Araz da koronavirusa yoluxdu

23.11.2020 17:30 Oxundu 468

Türkiyənin I divizion klubu “Boluspor”da koronavirusa yoluxma kütləvi hal almağa davam edir.

İki gün əvvəl “Ankaraspor”la matça komanda 12 futbolçusu olmadan çıxıb. Bunlardan doqquz futbolçu koronavirusa yoluxma səbəbi ilə karantinə alınıb. Buna baxmayaraq, həmin matçın son dəqiqələrində iki qol vuran “Boluspor” rəqibinə 2:0 hesabı ilə qalib gəlməyi bacarıb və 10 tur ərzində ilk qələbəsini qazanıb.

“CEMPİON.AZ” xəbər verir ki, yoluxan futbolçular arasında Araz Abdullayev də var. Məhz bu səbəbdən futbolçu millimizin də Sloveniya, Monteneqro və Lüksemburqla matçlarına çağrılmayıb. Həmçinin, o, klubunun son qələbəsi zamanı heyətdə yer almayıb. 

Qeyd edək ki, sentyabrda “Boluspor”a keçən Araz Abdullayev bu komandada dörd oyuna çıxıb. Onun komandası hazırda 7 xalla 15-ci sırada qərarlaşıb.