bazar ertəsi, 18 avqust 2025

DÜNYA FUTBOLU

Adları iştirak ərizəsinə salınmadı

23.11.2020 18:24 Oxundu 439

Çempionlar Liqasının IV turunda Kiyev “Dinamo”su ilə qarşılaşacaq “Barselona” Ukraynaya yollanacaq heyəti açıqlayıb.

“CEMPİON.AZ” xəbər verir ki, baş məşqçi Ronald Kuman əsas heyət üzvlərindən bir neçəsini iştirak ərizəsinə salmayıb.

Niderlandlı mütəxəssisin İspaniyada saxladığı oyunçular arasında kapitan Lionel Messinin olması xüsusi diqqət çəkib. Argentinalı ulduz futbolçu ilə yanaşı, Jerar Pike, Serxio Buskets, Serxi Roberto, Frenki de Yonq, Ansu Fati və Samuel Umtiti də müxtəlif səbəblərdən “Dinamo” ilə görüşü buraxacaqlar.