bazar ertəsi, 18 avqust 2025

BİZİM FUTBOL

Şəhidimizin məzarının üstündə “Qalatasaray” bayrağı dalğalanır

24.11.2020 09:58 Oxundu 678

Qaxın Qorağan kəndindən olan şəhid Fərid Dursunovun məzarının üzərində Azərbaycan bayrağı ilə birlikdə "Qalatasaray bayrağı da asılıb.

“CEMPİON.AZ” xəbər verir ki, şəhidimizin vəsiyyəti ilə bu addım atılıb. "Qalatasaray" azarkeşi olan Fərid şəhid olacağı təqdirdə, məzarının üstündə İstanbul təmsilçisinin də bayrağının dalğalandırılmasını istəyib və onun vəsiyyəti yerinə yetirilib.

Şəhidimin məzarında hər iki bayrağın olduğu görüntülər sosial şəbəkədə yayılıb.