bazar ertəsi, 18 avqust 2025

DÜNYA FUTBOLU

Ramos və Benzema “İnter”ə qarşı oynamayacaq

24.11.2020 12:10 Oxundu 449

“Real”ın Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda “İnter”lə matç üçün sifariş ərizəsi açıqlanıb.

“CEMPİON.AZ” klubun Tvitter səhifəsinə istinadən xəbər verir ki, Madrid təmsilçiləri futbolçularından Kərim Benzema və Serxio Ramos zədəli olduqları üçün görüşü buraxacaqlar.

Həmçinin Luka Yoviç, Federiko Valverde və Alvaro Odriosola qarşılaşmada iştirak edə bilməyəcəklər.

Qeyd edək ki, sabah keçiriləcək “İnter” – “Real” oyunu Bakı vaxtı ilə 00:00-da başlayacaq.