bazar ertəsi, 18 avqust 2025

DÜNYA FUTBOLU

"Kriştiano ilə bütün digər oyunçular kimi davranıram” - Pirlo

24.11.2020 13:43 Oxundu 457


"Yuventus"un baş məşqçisi Andrea Pirlo komandanın hücumçusu Kriştiano Ronaldo ilə münasibətlərindən danışıb.

“CEMPİON.AZ” xəbər verir ki, o, goal.com-a bununla bağlı açıqlamasında deyib: "Kriştiano ilə bütün digər oyunçular kimi davranıram. Təvazökar insanlarla yaxşı münasibət quranda asan olur. Kriştiano ilə gənc futbolçularımız olan Canluka Frabotta ya da Manolo Portanova ilə eyni davranıram. Futbolçu olduğum zaman etdiyim hər şeyi edirəm. Ronaldo ilə xüsusi bir münasibət yoxdur".

Qeyd edək ki, Ronaldo bu mövsüm 6 matçda 8 qol vurub, 1 qolun ötürməsini verib.