bazar ertəsi, 18 avqust 2025

BİZİM FUTBOL

Mahmud Qurbanovun ən yadda qalan oyunu

24.11.2020 14:42 Oxundu 466


“Bu yaxınlarda Vətən müharibəsi oldu, igid əsgərlərimiz işğal altında olan torpaqlarımızı azad etdilər. Onlara və Ali Baş Komandanımıza təşəkkür edirik”.

“CEMPİON.AZ” xəbər verir ki, bunu “Neftçi”nin əvəzedici komandasının baş məşqçisi Mahmud Qurbanov deyib.

Azərbaycan kubokunun püşkatma mərasiminin fəxri qonağı olan ölkə kubokuna ən çox sahib olan futbolçu (5 dəfə) PFL-in prezidenti Ramin Musayevin “Ən yaddaqalan oyunun hansı olub” sualını belə cavablandırıb: “Yaddaqalan oyunlar çox olub. Ən yaddaqalan oyun Moskvada düşmən komandasına qarşı olan görüş olub. Siz özünüz də o zaman bizim rəhbərimiz idi. “Pünik”i Moskvada, neytral meydanda məğlub etmişdik”.