bazar ertəsi, 18 avqust 2025

BİZİM FUTBOL

Əliyar Ağayev Avropa liqasının qrupunda oyun idarə edəcək

24.11.2020 15:41 Oxundu 441

Azərbaycanlı FİFA hakimi Əliyar Ağayev növbəti beynəlxalq təyinat alıb.

“CEMPİON.AZ” xəbər verir ki, referimiz Avropa Liqasının qrup mərhələsinin IV turunda iş başında olacaq.

O, noyabrın 26-da baş tutacaq AEK (Yunanıstan) – “Zarya” (Ukrayna) matçının baş hakimi olacaq. Afinadakı “Spiros Luis Olimpiya Atletika Mərkəzindəki qarşılaşmada onun köməkçiləri Zeynal Zeynalovla Akif Əmrəli olacaq. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, hakimlərimizin işinə belçikalı hakim-inspektor Lyuk Vouters qiymət verəcək.