çərşənbə axşamı, 19 avqust 2025

DÜNYA FUTBOLU

“Barselona” karyerasını bitirən futbolçuya təklif göndərdi

24.11.2020 16:19 Oxundu 456


İspaniyanın “Barselona” klubu müdafiəçi axtarışına çıxıb.

“CEMPİON.AZ” xəbər verir ki, Kataloniya təmsilçisi zədələnərək uzunmüddətli sıradan çıxan Jerar Pikenin boşluğunu doldurmaq üçün bir neçə oyunçu ilə danışığa başlayıb.

Maraqlıdır ki, ispanlar uzun illər bu komandanın formasını geyinmiş Xavyer Maskerano ilə də əlaqə saxlayıblar. Klub rəhbərliyi “Estudiantes”dən yenicə ayrılan və karyerasını bitirdiyini açıqlayan argentinalıya mövsümün sonuna qədər Pikeni əvəz etməyi təklif edib. Lakin 36 yaşlı sabiq müdafiəçinin cavabı “yox” olub.

Qeyd edək ki, Xavyer Maskerano 2010-2018-ci illərdə “Barselona”nın formasını geyinib.