çərşənbə axşamı, 19 avqust 2025

DÜNYA FUTBOLU

“Bir neçə gün otağımda ağladım” - Qrizmann

24.11.2020 17:53 Oxundu 469


Fransa millisinin və İspaniyanın “Barselona” klubunun hücumçusu Antuan Qrizmann uşaq vaxtı keçirdiyi ağır günlərdən danışıb.

“CEMPİON.AZ” xəbər verir ki, 29 yaşlı forvard ölkəsində heç bir klubun ona sahib çıxmadığını söyləyib.

Bu səbəbdən İspaniyaya yollanan və “Real Sosyedad”ın akademiyasında yetişən forvard hətta bəzi vaxtlar ağladığını da etiraf edib: “Uşaq vaxtı Fransa birinci divizionunun 10 klubuna müraciət etdim. Ancaq heç kim məni qəbul etmədi. Bəziləri boyuma, bəziləri də səviyyəmə görə bəyənmədi. Heç kim özümü göstərmək şansı vermədi. Xüsusən də, “Mets”in məni qəbul etmədiyi gün çox çətin keçmişdi. “Xeyr” demək üçün atamı klubun bazasına çağırdılar. Buna görə bir neçə gün otağımda ağladım”.

Qeyd edək ki, Antuan Qrizmann bir neçə gün otağımda ağladım “Barselona”dan əvvəl “Real Sosyedad” və “Atletiko”nun formasını geyinib.