çərşənbə axşamı, 19 avqust 2025

DÜNYA FUTBOLU

Messinin rekordunu təkrarladı

25.11.2020 10:11 Oxundu 449


"Yuventus"un futbolçusu Kriştiano Ronaldo "Barselona"nın hücumçusu Lionel Messinin rekordunu təkrarlayıb.

“CEMPİON.AZ” xarici KİV-lərə istinadən xəbər verir ki, o, buna Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Ferensvaroş"la matçda (2:1) nail olub. Sözügedən görüşdə bir dəfə fərqlənən portuqaliyalı hücumçu ÇL-in ev oyunlarında vurduğu qolların sayını 70-ə yüksəldib. Beləliklə, o, bu göstəricidə Messiyə çatıb.

Qeyd edək ki, Ronaldo ÇL-də ümumilikdə 131, Messi isə 118 qol vurub.