çərşənbə axşamı, 19 avqust 2025

BİZİM FUTBOL

“Qarabağ” İstanbula getdi

25.11.2020 11:22 Oxundu 473


Avropa Liqasının IV turunda “Sivasspor”la qarşılaşacaq “Qarabağ” Türkiyəyə yola düşüb.

“CEMPİON.AZ” xəbər verir ki, ağdamlıları İstanbula aparan təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanından qalxıb.

Bu gün baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı təşkil olunacaq, həmçinin komanda Bakı vaxtı  ilə saat 20:30-da oyunöncəsi son məşqinə çıxacaq.

Qeyd edək ki, sabah “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” - “Sivasspor” qarşılaşması Bakı vaxtı ilə 21:55-də start götürəcək.