çərşənbə axşamı, 19 avqust 2025

BİZİM FUTBOL

“Qarabağ” həsrətə son qoya biləcək?

25.11.2020 11:51 Oxundu 488


Azərbaycanın avrokuboklarda mübarizəni davam etdirən yeganə təmsilçisi “Qarabağ” sabah növbəti oyununu keçirəcək.

“CEMPİON.AZ” xəbər verir ki, Ağdam klubu Avropa Liqasının IV turunda Türkiyə təmsilçisi “Sivasspor”la görüşəcək.

Qurban Qurbanovun yetirmələri ev oyununu İstanbulda keçirəcək. Bu, Azərbaycan klublarının noyabrın 26-da keçirdiyi 3-cü avrokubok sınağı olacaq.

İndiyədək təmsilçilərimiz yalnız 2015-ci ilin eyni tarixində meydana çıxıb. Avropa Liqasının qrupunda iki komandamız gücünü sınayıb.

“Qarabağ” evdə “Tottenhem” (İngiltərə) qarşısında aciz qalıb – 0:1. PAOK-un  (Yunanıstan) qonağı olan “Qəbələ” qolsuz heç-heçəyə nail olub - 0:0. Hər iki komandamız günü qolsuz başa vurub. “Qarabağ” bu həsrətə son qoyub ilk qolu vurmağa çalışacaq.