çərşənbə axşamı, 19 avqust 2025

BİZİM FUTBOL

Mahir 50-ci matçının astanasında

25.11.2020 12:21 Oxundu 473

Avropa Liqasının IV turunun “Sivasspor”la ev oyunu “Qarabağ”ın futbolçusu Mahir Emreli üçün əlamətdar olacaq.

“CEMPİON.AZ” xəbər verir ki, hücumçu avrokuboklarda 50-ci matçını keçirəcək.
Yubiley İstanbuldakı “Başakşəhər” stadionunda gerçəkləşəcək. Bunun üçün Mahir Sivas təmsilçisi ilə görüşdə meydana çıxmalıdır.

O, bütün avrokubok matçlarını bir klubun – “Qarabağ”ın heyətində keçirib. Emrelinin aktivində 5 qol var.
Forvard 2016-cı il iyulun 12-də Çempionla Liqasının “Düdelanj”la (Lüksemburq) ev matçında avrokuboklarda debüt edib. Həmin matçda “Qarabağ” 2 cavabsız qolla qələbə qazanıb.

Qeyd edək ki, Mahir 49 avrokubok matçında 5 sarı vərəqə alıb. 33 dəfə start heyətində meydana çıxan və bunların 19-da əvəzolunmadan mübarizə aparan hücumçu 16 görüşdə sonradan meydana girib.