çərşənbə axşamı, 19 avqust 2025

DÜNYA FUTBOLU

Holand 16 qol vurdu

25.11.2020 13:22 Oxundu 492


Dortmund "Borussiya"sının futbolçusu Erlinq Holand Çempionlar Liqasında yeni rekorda imza atıb.

“CEMPİON.AZ” xarici KİV-lərə istinadən xəbər verir ki, qrup mərhələsinin 4-cü turunda "Brügge"yə ilə matçda (3:0)  dubl edən 20 yaşlı hücumçu turnirdə vurduğu qolların sayını 16-ya yüksəldib. Holand bununla da  ÇL-də 15 qol səddinə ən tez çatan oyunçu olub.  O, bu qolları 12 matçda vurmağı bacarıb.

Qeyd edək ki, bundan əvvəlki  rekord Rud van Nistelroy və Roberto Soldadoya məxsus idi. Onlar 19 oyunda 15 qol vurublar.