çərşənbə axşamı, 19 avqust 2025

DÜNYA FUTBOLU

Ibrahimoviç ilin futbolçusu seçildi

25.11.2020 13:49 Oxundu 483

İtaliyanın “Milan” klubunun futbolçusu Zlatan İbrahimoviç növbəti titulunu qazanıb.

“CEMPİON.AZ” xəbər verir ki, veteran hücumçu İsveçdə ilin futbolçusu seçilib.
39 yaşlı forvard İsveçdə “Qızıl top”a 12-ci dəfə yiyələnib. İlk dəfə 2005-ci ildə bu mükafata sahib çıxan Zlatan 2007-16-cı illərdə ardıcıl 10 dəfə bu uğura imza atıb.

Qeyd edək ki, İsveçdə ilin futbolçusu mükafatı 1946-cı ildən təqdim olunur.