çərşənbə axşamı, 19 avqust 2025

DÜNYA FUTBOLU

Millimizin sabiq baş məşqçisi istefaya göndərildi

25.11.2020 15:14 Oxundu 490

"Denizlispor" baş məşqçisi Robert Prosineçki ilə yolları ayırıb.

“CEMPİON.AZ” xəbər verir ki, bu barədə Türkiyə Superliqasının təmsilçisinin saytı məlumat yayıb. Xorvat mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Qeyd edək ki, Prosineçki bu mövsümün əvvəlində "Denizlispor"u çalışdırırdı. Onun rəhbərliyi altında komanda ölkə çempionatında 8 matçdan sonra 5 xalla 21 komanda arasında 20-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, R.Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisini çalışdırıb.