25.11.2020 17:19
431


Almaniyanın “Şalke” klubu üç futbolçusu ilə yollarını ayırıb.
“CEMPİON.AZ” xəbər verir ki, Bundesliqa təmsilçisinin mövsümə uğursuz başlaması rəhbərliyi dəyişikliklər etməyə məcbur edib.
Gelzenkirxen təmsilçisi yarımmüdafiəçilər Nabil Bentaleb, Amin Harit və hücumçu Vedad İbişeviçin müqaviləsinə xitam verildiyini bəyan edib. Hər üç oyunçudan narazı olduqlarını bildiriblər.
Qeyd edək ki, Bundesliqanın geridə qalan 8 turunda cəmi 3 xal toplayan “Şalke” turnir cədvəlinin son pilləsində qərarlaşıb.