bazar ertəsi, 18 avqust 2025

DÜNYA FUTBOLU

Maradonanın varisləri miras davasına başladılar

26.11.2020 10:07 Oxundu 498

 
Əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın ölümündən dərhal sonra övladları arasında miras davası başlayıb.

“CEMPİON.AZ” xəbər verir ki, 60 yaşında ürəktutmasından vəfat edən Maradonanın 5 rəsmi, 6 qeyri-rəsmi uşağı var.

Dieqonun vəkili Matias Morla hələ bir müddət əvvəl açıqlamasında bildirib ki, test nəticəsində onun neçə varisinin olduğu müəyyənləşəcək. Lakin indidən 11 nəfərin miras üçün müraciət etdiyi açıqlayıb.

Qeyd edək ki, son olaraq ötən il Kubada 3 uşaq və Argentinada televiziya proqramına qatılan Santyaqo Lara atasının Maradona olduğunu iddia edib.