26.11.2020 10:21
457

UEFA Çempionlar Liqasında qrup mərhələsinin 4-cü turunun oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizədləri açıqlayıb.
“CEMPİON.AZ” xəbər verir ki, namizədlər sırasında "Mançester Yunayted"dən Brunu Fernandeş, "Borussiya"dan (Dortmund) Ceydon Sanço, "Ayaks"dan Duşan Tadiç və "Atalanta"dan Robin Qosens yer alıb.
Azarkeşlər qurumun saytında keçirilən səsvermədə iştirak edərək həftənin ən yaxşı oyunçusunu seçəcək.