bazar ertəsi, 18 avqust 2025

DÜNYA FUTBOLU

“Maradona əbədi yaşayacaq" - İbrahimoviç

26.11.2020 11:03 Oxundu 490

 
İtaliyanın “Milan” klubunun hücumçusu Zlatan İbrahimoviç argentinalı Dieqo Maradonanın ölümü ilə bağlı fikirlərini bildirib.

“CEMPİON.AZ” xəbər verir ki, isveçli superulduz instaqram səhifəsindən paylaşımı zamanı 60 yaşında vəfat edən Maradonanın ürəklərdə yaşayacağını yazıb.

Dieqo ilə şəklini paylaşan 39 yaşlı forvard bu ifadələrə yer verib: “Maradona ölməyib, ölməzdir. Tanrı dünyaya bütün zamanların ən istedadlı futbolçusunu verdi. Əbədi yaşayacaq".

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də ürəktutmasından vəfat edib.