26.11.2020 12:10
473

Avropa Liqasının IV turunda bu gün “Qarabağ”la qarşılaşacaq Türkiyə klubu “Sivasspor”un təxmini “11-liy”i müəyyənləşib.
“CEMPİON.AZ” xəbər verir ki, “igidlər”in baş məşqçisi Rıza Çalımbay sərəncamında olan 15 oyunçu arasından seçim edəcək.
Təcrübəli mütəxəssisin meydana buraxacağı start heyəti artıq bəlli olub. 4-3-3 taktiki sxemində çıxış edəcək sivaslıların heyətində 8 legioner çıxış edəcək.
Qapıçı: Mamadu Samassa
Müdafiəçilər: Uğur Çiftçi, Samba Kamara, Marselo Qoyano, Caner Osmanpaşa
Yarımmüdafiəçilər: İsak Kofi, Klaudemir, Robin Yalçın
Hücumçular: Yasin Öztəkin, Aruna Kone, Maks Qradel