26.11.2020 15:10
481


Azərbaycan yığmasının daha bir Olimpiya medalını itirməsi rəsmiləşib.
“CEMPİON.AZ” xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi qərar verib.
Qurum 2012-ci ildə Londonda keçirilən Olimpiya Oyunlarının bəzi yarışlarında medal bölgüsünə yenidən baxıb. Mükafatı rəsmən ləğv edilənlər arasında ağır atletikada bürünc medal qazanan Valentin Xristov da olub.
Qeyd edək ki, millimizi təmsil edən bolqar əsilli ağır atlet 2012-ci il London Olimpiadasında bürünc medal qazanıb.