şənbə, 27 dekabr 2025

DÜNYA FUTBOLU

Maradona ilə vida mərasimində 1 milyon insanın iştirak edəcəyi gözlənilir

26.11.2020 15:45 Oxundu 484

 

Argentina prezidentinin rəsmi iqamətgahında olacaq əfsanəvi futbolçu Dieqo Maradona ilə vida mərasimində 1 milyon insanın iştirak edəcəyi gözlənilir.

“CEMPİON.AZ” xəbər verir ki, bu barədə Argentinanın "La Nacion" nəşri məlumat yayıb. Hazırda vida mərasimi ilə bağlı təşkilati məsələlərin nəzərdən keçirildiyi vurğulanıb.

Qeyd edək ki, Maradona dünən 60 yaşında ürək tutmasından dünyasını dəyişib.