26.11.2020 16:22
539

Ötən gün dünyasını dəyişən argentinalı əfsanəvi futbolçu Dieqo Maradona görə 10 nömrəli formanın ləğv edilməsi təklif olunub.
“CEMPİON.AZ” xəbər verir ki, bu təkliflə Fransanın “Marsel” komandasının baş məşqçisi Andre Villaş-Boaş çıxış edib.
43 yaşlı mütəxəssis bildirib ki, bu, Maradonaya veriləcək ən yüksək şərəf olardı: “Maradona haqqında xəbər ağır zərbədir. FIFA-nın bütün turnirlərdə komandalar üçün 10 nömrəli formanı dövriyyədən çıxartmasını istərdim. Maradonanın gedişi bütün dünya futbolu üçün inanılmaz itkidir”.
Dieqo Maradona noyabrın 25-də 60 yaşında ürəktutmasından vəfat edib. Onunla vida mərasimi bu gün keçiriləcək.