bazar ertəsi, 18 avqust 2025

DÜNYA FUTBOLU

Klopp bu futbolçuları istəmir

26.11.2020 16:49 Oxundu 533

“Liverpul”un baş məşqçisi Yurgen Klopp futbolçular Divok Origi və Cerdan Şakirini komandada görmək istəmir.

“CEMPİON.AZ” “Express”ə istinadən xəbər verir ki, alman mütəxəssis sözügedən oyunçulara özlərinə qış transfer pəncərəsində yeni klub axtarmalı olduqlarını söyləyib

"Liverpul" bu futbolçuların satışından ən az 15 milyon avro qazanmaq istəyir.

Qeyd edək ki, Şakiri bu mövsüm Premyer Liqada 2 oyunda iştirak edib və 1 qolun ötürməsini verib. Origi isə cəmi 1 dəfə meydana çıxıb.