26.11.2020 18:32
439

Almaniyanın “Bavariya” klubunun kapitanı Manuel Noyer ardıcıl qələbə rekordu müəyyənləşdirib.
“CEMPİON.AZ” xəbər verir ki, ulduz qapıçı Çempionlar Liqasının (ÇL) qrup mərhələsində “Zalsburq”la (Avstriya) qarşılaşmada buna nail olub.
Komandasının 3:1 hesabı ilə qalib gəldiyi görüş Noyerin ÇL-də ardıcıl 15-ci qələbəsi olub. Bununla da o, İtaliyanın “Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldonu geridə qoyub. Portuqaliyalı ulduz futbolçu 2013/14 və 2014/15 mövsümlərində Madrid “Real”ında olarkən ardıcıl 14 qələbəyə sevinib.
Qeyd edək ki, qrupda keçirdiyi 4 oyunun hamısında qələbə qazanan “Bavariya” 1/8 final mərhələsinə vəsiqəni təmin edib.