şənbə, 27 dekabr 2025

BİZİM FUTBOL

UEFA Nurlan İbrahimov haqqında qərar çıxartdı

26.11.2020 23:36 Oxundu 904


UEFA "Qarabağ" ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov haqqında intizam işi barədə qərarı açıqlayıb.

"CEMPİON.AZ" UEFA-nın saytına istinadən xəbər veirr ki onun ömürlük  futbol fəaliyyətindən kənarlaşdırılmasına qərar verilib. Buna klub nümayəndəsinin özünün "Feysbuk" səhifəsində  ermənilərlə bağlı çağırış yayması səbəb olub. Bundan başqa, “Qarabağ” 100 min avro məbləğində cərimələnib.

Noyabrın 4-də “Qarabağ” N.İbrahimovu futboldan müvəqqəti kənarlaşdırıldığı açıqlanmışdı.