şənbə, 20 aprel 2024

BİZİM FUTBOL

"Mükəmməl şəkildə çıxış etdik” - Rıza Çalımbay

27.11.2020 00:27 Oxundu 396


“Bu oyunda həm Türkiyə, həm də özümüz üçün qələbə qazanmalı idik”.

"CEMPİON.AZ" xəbər verir ki, bunu Türkiyənin “Sivasspor” klubunun baş məşqçisi Rıza Çalımbay Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la keçirilən oyundan sonra deyib.

İstanbuldakı qarşılaşmada Azərbaycan çempionu üzərində 3:2 hesablı qələbə qazanan “igidlər” xallarının sayını 6-ya yüksəldib və 1/16 final şansını davam etdirib.

Matçdan sonra baş tutan mətbuat konfransında 57 yaşlı mütəxəssisin qələbə şərhi belə olub: “Bu qələbədən sonra “Vilyarreal” və “Makkabi” ilə görüşlərin önəmi daha da artdı. Bu qədər zədəyə və itkiyə baxmayaraq, mükəmməl şəkildə çıxış etdik”.

Çalımbay matçdan əvvəl ehtiyat qapıçıya da meydan oyunçusu kimi şans verməyi planlaşdırdıqlarını etiraf edib: “Cəmi 4 ehtiyatımız var idi. Hətta ehtiyatdakı qapıçımıza da meydan oyunçusu kimi şans vermək üçün forma düzəltdirmişdik. Komandamla qürur duyuram”.