bazar ertəsi, 18 avqust 2025

BİZİM FUTBOL

“Bu məğlubiyyətdən dərs götürməliyik" - Matiç

27.11.2020 11:12 Oxundu 467

"Oyunun böyük hissəsində nəzarət bizim əlimizdə olsa da, "Sivasspor" əks-hücumlarda təhlükəli idi. Rəqibdən daha baxımlı qollar vurduq, amma nəticədə uduzduq. Bu məğlubiyyətdən dərs götürməliyik".

“CEMPİON.AZ” xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Uroş Matiç Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Sivasspor"la keçirilən oyundan sonra deyib.

"Qarabağ"ın ikinci qolunun müəllifi 2:3 hesablı məğlubiyyəti şərh etdikdən sonra qardaşı Nemanya Matiçin “Mançester Yunayted”in heyətində “Başakşəhər”ə rəqib olması ilə bağlı sualı da cavablandırıb: "İlk matçda "Başakşehir" yaxşı oynadı. Hər dəfə "Mançester Yunayted"i uda bilməzsən. 2-ci görüşdə isə səviyyə fərqi ortaya çıxdı. Bu, nəticədə də öz əksini tapdı. Qardaşım Nemanya Matiç 10 ildir İngiltərə Premyer Liqasında çıxış edir. Dünyanın ən yaxşı yarımmüdafiəçilərindən biridir. Səviyyəsi də göz qabağındadır".