bazar ertəsi, 18 avqust 2025

BİZİM FUTBOL

Zubir “Qarabağ”ın ən yaxşısı seçildi

27.11.2020 12:10 Oxundu 575

 
Avropa Liqasının qrup mərhələsinin IV turundan sonra futbolçuların reytinq siyahısı açıqlanıb.

“CEMPİON.AZ” xəbər verir ki, noyabrın 26-da keçirilən 24 matç cədvəldə bəzi dəyişikliklərə səbəb olub.

Azərbaycanın Avropa Liqasının qrupundakı yeganə təmsilçisi “Qarabağ”ın ən yaxşısı Abdullah Zubirdir. 2369 xala malik yarımmüdafiəçi 212-ci yerdə qərarlaşıb. Uroş Matiç 1945 xalla 309-cu, Donald Gerye 1871 xalla 323-cüdür.

Azərbaycan millisinin üzvləri arasında Şahruddin Məhəmmədəliyev öndədir. Qapıçı 1566 xalla 399-cu sırada qərarlaşıb. İsmayıl İbrahimli 871 xalla 618-ci, Mahir Emreli 602 xalla 700-cü yerdədir.

Qeyd edək ki, Fransa “Lill”ində çıxış edən türkiyəli Yusuf Yazıçı 7879 xalla liderdir. Almaniya “Bayer”inin üzvü Leon Beyli 7316 və İngiltərə “Arsenal”ının futbolçusu Nikolas Pepe 7104 xalla ilk “üçlük”də qərarlaşıb.