27.11.2020 13:44
439

İsrailin “Makkabi” klubu Azərbaycan çempionu “Qarabağ”la oyuna itki ilə çıxacaq.
“CEMPİON.AZ” xəbər verir ki, Təl-Əviv təmsilçisi Enrik Saboritin xidmətindən məhrum olub.
28 yaşlı ispaniyalı müdafiəçi cəzalı duruma düşüb. O, Avropa Liqasının qrup mərhələsinin V turunun “Qarabağ”la səfər matçını buraxacaq.
Buna IV turun “Vilyarreal”la ev oyununda (1:1) qırmızı vərəqə alması səbəb olub. 89-cu dəqiqədə meydanı tərk edən Saborit “Başakşəhər” Fatih Terim stadionunda baş tutacaq görüşdə komandasına kömək etməyəcək.