cümə axşamı, 18 aprel 2024

BİZİM FUTBOL

Millimiz 109-cu oldu

27.11.2020 16:36 Oxundu 384

Azərbaycan millisi bu gün rəsmən açıqlanan FİFA reytinqində 1180 xalla 109-cu olub.

“CEMPİON.AZ” xəbər verir ki, yığmamız son 14 ay üçün ən yaxşı nəticəsinə imza atıb.

Komandamız sonuncu dəfə 2019-cu ilin sentyabrında belə yüksək mövqedə qərarlaşıb. Həmin vaxt milli indiki kimi 109-cu olub.

Ötən ayla müqayisədə 5 pilləlik irəliləyiş son 29 ayın ən yaxşı sıçrayışıdır. Yığma son belə yüksəlişə 2018-ci ilin iyununda nail olub. Həmin vaxt komandamız 21 addım irəliləyib.