cümə axşamı, 26 mart 2026

BİZİM FUTBOL

“Qarabağ” Ağdama geri dönür

28.11.2020 11:23 Oxundu 545


"Qarabağ" bu gün səhər təmsil etdiyi şəhər olan Ağdama gedib.

“CEMPİON.AZ” xəbər verir ki, ölkə çempionu Allahverdi Bağırovun məzarını, Ağdam məscidini ziyarət edəcək, doğma meydanı "İmarət" stadionunda olacaq.

Səfərdə klub rəhbərliyi, məşqçilər heyəti və legionerlər də daxil olmaqla futbolçular iştirak edir.

Qeyd edək ki, Ağdam şəhəri noyabrın 20-i işğaldan azad olunub.