bazar ertəsi, 18 avqust 2025

DÜNYA FUTBOLU

“Liverpul” səfərdən bir xalla dönür

28.11.2020 23:40 Oxundu 443


“Liverpul” İngiltərə Premyer Liqasında növbəti oyununu keçirib.

“CEMPİON.AZ” xəbər verir ki, “mersisaydlılar” 10-cu turda “Brayton”un qonağı olub.

Əvvəlcə 20-ci dəqiqədə ev sahiblərinin oyunçusu Nil Maupey penalti epiozdundan yararlana bilməyib. Bundan sonra 34-cü dəqiqədə Məhəmməd Salah da ("Liverpul") penaltidən fərqlənə bilməyib.

Nəhayət hesabı 60-cı dəqiqədə “qırmızılar”ın futbolçusu Dieqo Yota açıb. Paskal Qross isə 90-cı dəqiqədə “Brayton”u məğlubiyyətdən xilas edib- 1:1.

Qeyd edək ki, “Liverpul” bu heç-heçədən sonra 21 xalla aktivində 20 xalı olan “Tottenhem”i geridə qoyaraq, liderliyə yüksəlib. “”Çelsi” isə 18 xalla 3-cüdür.