bazar ertəsi, 18 avqust 2025

BİZİM FUTBOL

“Cərimə nədirsə, onu da ödəyəcək" - Yunis Hüseynov

29.11.2020 20:02 Oxundu 410

 "Maraqlı oyun oldu, komandamız yaxşı hazırlaşmışdı. Düşünürəm ki, rəqibdən daha üstün oynadıq".
“CEMPİON.AZ” xəbər verir ki, bu sözləri "Keşlə"nin baş məşqçisi Yunis Hüseynov Azərbaycan Premyer Liqasının 11-ci turunda "Sabah"la oyundan (1:1) sonra mətbuat konfransında deyib.

O, hakimin idarəçiliyindən razı qalmdağını bildirib: "İkinci hissədə azlıqda qalsaq da, komandamız xarakter göstərdi. İlk 19 dəqiqədə artıq 4 sarı vərəqə var idi. Düşünürdüm ki, qırmızı vərəqə olacaq. 4 futbolçumuz koronavirusa görə oyunu buraxırdı. Hakim səhvləri qələbəmizin qarşısını aldı.

Baş məşqçi Alvaro Tavares və Artur Batistanın komandadan göndərilməsi ilə bağlı deyib: "Hər iki futbolçuyla qarşılıqlı razılaşma ilə yollarımızı ayırdıq. Komandamıza uyğun olmadılar və yollarımızı ayırdıq".

Yunis Hüseynov matçın 86-cı dəqiqəsində qırmızı vərəqə alaraq meydandan qovulan İlkin Qırtımovlla xüsusi söhbəti olacağını bildirib: "Danışıq olacaq, komandamızın xüsusi kodeksi var. Hər bir futbolçu bunu oxuyub və qol çəkib. Cərimə nədirsə, onu da ödəyəcək".