29.11.2020 23:31
467


“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola sıx matç qrafikindən şikayətlənib.
“CEMPİON.AZ” “Daily Mail”ə istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis bunları deyib:
“Problem ondadır ki, futbolçular futbol oynamaq sevincini itirirlər. Əvvəlki kimi, tribunada azarkeşlər varkən həftədə 1-2 dəfə matça çıxmaq gözəl idi. İndi 3 gün keçir, və yenidən meydanda olursunuz”.
Qeyd edək ki, ötən gün Premyer Liqanın 10-cu turunda "Bernli"yə darmadağınla (560) qalib gələn "Mançester Siti" dekabrın 2-də Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Portu"nun qonağı olacaq.