bazar ertəsi, 18 avqust 2025

DÜNYA FUTBOLU

İstanbul derbisinin qalibi “Beşiktaş” oldu

29.11.2020 23:04 Oxundu 453

 Türkiyə Super Liqasında X tur davam edir.

“CEMPİON.AZ” xəbər verir ki, üçüncü oyun günündə 4 matç keçirilib.

Turun mərkəzi qarşılaşmasında İstanbul nəhəngləri üz-üzə gəlib. Liderlər qrupunda qərarlaşan "Fənərbaxça” “Beşiktaş”ı qəbul edib. Məhsuldar keçən görüşdə qələbə qazanan qonaqlar liderlərə yaxınlaşıb.

Çempionatın lideri “Alanyaspor” növbəti qələbəsini bayram edib. “Konyaspor”la ev oyununda 3 xal üçün bir qol yetərli olub.
“Kasımpaşa” da liderlər qrupunun yaxınlığında yer alıb. Bu, autsayderlərdən biri “Gənclərbirliyi” üzərində qələbə sayəsində mümkün olub.
Günün yeganə heç-heçəsi Ərzurumda qeydə alınıb. Şəhərin eyniadlı komandası “Antalyaspor”la məhsuldar sülhə imza atıb.
Qeyd edək ki, tura noyabrın 30-da yekun vurulacaq.

Türkiyə Super Liqası
X tur
29 noyabr
“Ərzurum BB” – “Antalyaspor” – 2:2
Kanak, 29, Qomes, 85 – Sarı, 60, Bayrakdar, 65
“Alanyaspor” – “Konyaspor” – 1:0
Babakar, 37
“Kasımpaşa” – “Gənclərbirliyi” – 2:0
Hodziç, 16, 25
“Fənərbaxça” – “Beşiktaş” – 3:4
Sisse, 34, Tufan, 68, 90+7 (pen.) – Abubakar, 4, 20, Uysal, 53, Nsakala, 88
 
1  Alanyaspor 9 7 2 0 19-3 23
2  Qalatasaray 10 6 2 2 16-7 20
3  Fənərbaxça 10 6 2 2 10-13 20
4  Beşiktaş 9 5 1 3 17-17 16
5  Kasımpaşa 10 4 3 3 13-10 15
6  Qaziantep 10 3 6 1 15-13 15
7  Başakşəhər 10 4 2 4 16-15 14
8  Fatih Karagümrük 9 3 4 2 17-11 13
10  Konyaspor 9 3 3 3 10-7 12
10  Rizəspor 9 3 3 3 12-14 12
11  Yeni Malatyaspor 9 3 3 3 10-12 12
12  Hatayspor 7 3 3 1 7-9 12
13  Trabzonspor 10 3 3 4 12-15 12
14  Göztəpə 8 2 5 1 14-9 11
15  Antalyaspor 10 2 4 4 11-16 10
16  Sivasspor 8 2 3 3 8-10 9
17  Ərzurum BB 9 2 3 4 11-15 9
18  Kayserispor 8 2 1 5 5-11 7
19  Dənizlispor 9 1 3 5 8-16 6
20  Gənclərbirliyi 9 1 2 6 6-16 5
21  Ankaragücü 8 0 2 6 7-15 2